15 oktyabr 2024 at 20:12
Jurnalist kodu: 5561
Xəbər kodu: 85629056
T T
0 Persons

Sionist rejimin iqtisadiyyatının çöküşü davam edir

15 oktyabr 2024 at 20:12
Xəbər kodu: 85629056
Sionist rejimin iqtisadiyyatının çöküşü davam edir

Tehran - İRNA - Sionist rejimin Qəzzə zolağına qarşı müharibəsinin davam etməsinin ardınca bu rejimin iqtisadi artımı bu ilin ikinci rübündə yenidən azalıb.

Sionist rejimin mərkəzi statistika təşkilatı bildirib ki, bu rejimin yerli istehsalının artımı aprel-iyun ayları arasında cəmi 0,3% təşkil edib. Halbuki bu rəqəm əvvəlki ayda 0,7%, ötən ilin avqustunda (2023) 1,2% olub.

Ötən cümə axşamı sionist rejimin iqtisadiyyat nazirliyi sentyabrda bu rejimin büdcə kəsirinin 2 milyard 340 milyon dollara çatdığını xəbər verib.

Nazirlik qeyd olunan azalmanın səbəbini Qəzzə zolağı və Livana qarşı müharibə xərclərinin artması ilə izah edib.

Həmçinin, sionist rejimin Qəzzədə 12 aya yaxın davam edən müharibəsi və Livan Hizbullahı ilə gərginliyin artması səbəbindən iqtisadi xərclərin artmasının ardınca sentyabrın 28-də Moody's reytinq agentliyi bu il ikinci dəfə İsrailin kredit reytinqini aşağı salıb.

Bloomberg İqtisadi Şəbəkəsinin saytında Moody's sentyabrın 27-də elan dərc edərək bildirib ki, İsrailin reytinqini A2-dən Baa1-ə 2 pillə endirib. Bu rejim indi investisiya dəyəri olmayan ölkələrdən cəmi üç addım uzaqdadır.

0 Persons

Sizin rəyiniz

You are replying to: .