İsmayıl Bəqai Hamane cümə axşamı günü X sosial şəbəkəsində ərəb dilində paylaşdığı mesajında İran Xarici İşlər nazirinin misirli həmkarı ilə görüşü barədə yazıb: “İran və Misirin xarici işlər nazirləri Seyid Abbas Əraqçi və Bədr Əbdül Atinin görüşündə iki ölkəni maraqlandıran ikitərəfli məsələlərlə yanaşı, regional məsələlər və sionist rejimin Qəzzə və Livandakı təcavüzünə və beynəlxalq humanitar hüquqların kobud şəkildə pozulmasına son qoymaq üçün İslam ölkələri və digər nüfuzlu aktorlar arasında məsləhətləşmə və koordinasiyanın gücləndirilməsinin zəruriliyi araşdırıldı.”
Bəqai əlavə edib: “Qəzzə və Livana qarşı iyrənc cinayətlərin və davamlı təcavüzün dayandırılması, regionda təhlükəsizliyin və qeyri-sabitliyin yayılmasının qarşısının alınması hamımızın ortaq məqsədidir.”
Sizin rəyiniz