Məsud Pezeşkiyanın Hizbullah Hərəkatının İcra Şurasının sədri Seyid Haşim Səfiyəddinin şəhadəti münasibətilə ünvanladığı müraciətinin bir hissəsində deyilir: “Sionist düşmən Livan Hizbullah Hərəkatının mərhum Baş katibi Seyid Həsən Nəsrullahı terror etdikdən sonra öz təsəvvüründə bu böyük mücahidin qorxaqcasına terror edilməsi ilə bu hərəkatın rəhbərliyində və istiqamətləndirməsində ciddi xələl yaratmağa çalışdı, lakin Allaha şükürlər olsun ki, müqavimət ağacı yaşadı, inkişaf etməkdən dayanmadı və şəhidlərin qanı bu hərəkatı davam etdirəcək. Bu gün biz Hizbullahın əvvəlkindən daha güclü və daha müqavimətli olduğunu, məqsədlərini daha güclü şəkildə həyata keçirdiyini və işğalçılara ağır zərbələr endirdiyini görürük.”
Prezident Seyid Haşim Səfiyəddinin şəhadəti ilə bağlı başsağlığı verib
23 oktyabr 2024 at 23:40
Xəbər kodu:
85637642
Tehran - İRNA - Prezident Livan Hizbullah Hərəkatının İcra Şurasının sədri mücahid alim Seyid Haşim Səfiyəddinin şəhadəti ilə bağlı Ali Məqamlı Rəhbərə, Livan və Fələstinin qürurlu xalqlarına, onun müqavimət cəbhəsindəki silahdaşlarına, hörmətli ailəsinə və dünyanın azad insanlarına başsağlığı verib.
Sizin rəyiniz