Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Tehrana gəldikdən sonra Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi tərəfindən qarşılanıb.
Rafael Qrossinin Xarici İşlər naziri Seyid Abbas Əraqçi və Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami ilə də görüşü planlaşdırılıb.
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru 12 noyabr və İrana yola düşməzdən əvvəl bu təşkilatın müfəttişlərinin İranda nüvə silahı istehsalı ilə bağlı dəlillərinin olmadığını bildirərək, bu səfərdə İran İslam Respublikasının yüksək vəzifəli şəxsləri ilə məsləhətləşmələr aparılaraq iddia edilən müdafiə məsələlərinin həlli sahəsində irəliləyiş əldə olunacağına ümidvar olduğunu ifadə edib.
Sizin rəyiniz