General-mayor Seyid Əbdülrəhim Musəvi bazar günü İmam Xomeyni (r) İmdad Komitəsinin Bəsicləri konfransında deyib: “Müqavimət cəbhəsinə, Fələstin və Qəzzə xalqına dəstəyimiz qanuni, humanist, ədalətli və inqilaba uyğundur. İran İslam Respublikasının iradəsi istənilən səviyyədə düşmən təhdidləri ilə mübarizə aparmaq üçün müqavimət və hərbi inkişafdır.”
O, regionda təhlükənin yayılmasında və təhlükəsizliyin pozulmasında əsas günahkarın Amerika olduğunu vurğulayaraq əlavə edib: “Onların abrı qalmayıb və dəlillər göstərir ki, sionist rejim qarşıdakı 25 ili görməyəcək.”
İran İslam Respublikası Ordusunun baş komandanı deyib: “Qlobal anti-sionist hərəkatı bütün dünyada aktivləşib və sionistlər cinayətdən başqa heç nə edə bilmirlər.”
Sizin rəyiniz