Moşe Yalun deyib: “Mən əvvəlki sözlərimi geri götürmürəm, onlar (sionistlər) Qəzzənin şimalında hərbi cinayətlər törədirlər.”
“Qəzzədə etnik təmizləmə ilə bağlı dediklərim bəzi zabitlərin mənə verdiyi sübutlara əsaslanır. Biz Qəzzənin şimalında müharibə cinayəti törətdik. Mən o ərazidə baş verənlərlə və bizdən gizlədilənlərlə bağlı xəbərdarlıq etməliyəm” - deyə, o, əlavə edib.
Keçmiş sionist nazir vurğulayıb: “Ordu hərbçiləri həyatlarını riskə atırlar və cinayət məhkəmələrində mühakimə olunacaqlar.”
Yəlun deyib: “İsrailin maliyyə naziri Bezalel Smotriç Qəzzədə sakinlərin sayını azaltmaq üçün yaradılan imkandan qürur duyur, Qəzzənin 2 milyon insanını öldürmək üçün mənəvi problem görmür.”
O, bununla bağlı deyib: “İsrail ordusu Qəzzə zolağının şimalında etnik təmizləmə əməliyyatları həyata keçirir.”
Sizin rəyiniz