1 dekabr 2024 at 19:25
Jurnalist kodu: 5561
Xəbər kodu: 85676875
T T
0 Persons
Küveyt Əmiri İranın Fars Körfəzi Əməkdaşlıq Şurası ilə bağlı müsbət mövqelərini yüksək qiymətləndirib

Tehran - İRNA - Küveytdə Fars Körfəzi Əməkdaşlıq Şurasının 45-ci iclasının açılış mərasimində Küveyt Əmiri İranın bu şuraya üzv ölkələrə bağlı müsbət və konstruktiv addımlarını yüksək qiymətləndirib.

Küveyt Əmiri Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Fars Körfəzi Əməkdaşlıq Şurasının 45-ci iclasının açılış mərasimindəki çıxışında regionda baş verən hadisələr, o cümlədən sionist rejimin təcavüzündən danışıb.

O, İran İslam Respublikasının Fars Körfəzi Əməkdaşlıq Şurasına qarşı müsbət və konstruktiv fəaliyyətlərinin təqdirəlayiq olduğuna işarə edərək deyib: “Arzu edirik ki, bu addımlar İran İslam Respublikası ilə Şuraya üzv olan bütün dövlətlər arasında mübahisəli işlərə öz təsirini göstərsin və əməkdaşlıq sahələri BMT Nizamnaməsi, beynəlxalq hüquq müqavilələri, mehriban qonşuluq və ölkələrə hörmət, bir-birinin işinə müdaxilə etməmək prinsipləri çərçivəsində genişləndirilsin.”

Küveyt Əmiri həmçinin sionist rejimin Livan, Suriya və İrana təcavüzünü pisləyib, Qəzzə zolağında dərhal atəşkəs əldə etməyə və Qəzzə zolağına humanitar yardımın çatdırılmasını sürətləndirməyə çağırıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .