İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan və İraqın Baş naziri Məhəmməd Şiya əl-Sudani bazar günü axşam saatlarında telefon danışığında bölgədəki son hadisələri, xüsusilə də Suriyanın şimalında terrorçu qrupların son hərəkətlərini müzakirə ediblər.
Pezeşkiyan bu söhbətində deyib: “Livanda atəşkəsin yaradılmasının ardından bölgənin nisbi sülhə doğru irəlilədiyi və gözlərin Qəzzəyə yönəldiyi bir vəziyyətdə Suriyada baş verən son hadisələr regionun təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar yaratdı.”
Prezident deyib: “Bu cür hadisələr sionist rejimin İslam ölkələri daxilində təhlükə, ixtilaf və qarşıdurma yaratmaq üçün şər planlarının bir hissəsidir. Bu səbəbdən regionda terror cərəyanlarının yayılmasının qarşısını almaq üçün İslam ümmətinin birgə səyləri zəruridir.”
Telefon danışığında İraqın Baş naziri Məhəmməd Şiya əl-Sudani də Suriyanın şimalındakı yaranmış təhlükədən narahatlığını ifadə edib, terrorçu qrupların son hərəkətlərini sionist rejimin təhlükəsizliyə hücum və Suriyanın suverenliyi və ərazi bütövlüyünü parçalamaq cəhdi hesab edərək deyib: “Bu hadisələr terrorçuların yayılmasının və təsirinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin və region ölkələrinin rol ifa etməsinin və diplomatik səylərinin zəruriliyini ikiqat artırıb. Çünki əks halda qlobal sülh və təhlükəsizlik ciddi risklərlə üzləşəcək.”
Sizin rəyiniz