Suriya ordusu baş qərargahı bəyanatı bazar günü səhər Dəməşqin silahlı qruplar tərəfindən tutulmasından və Bəşər Əsədin Suriyanı tərk etməsi xəbərindən sonra dərc edilib.
Bazar günü səhər Qərb və ərəb mediası Bəşər Əsədin Suriyanı tərk etməsi və silahlı qrupların bu ölkənin paytaxtı Dəməşqə gəlməsi ilə bağlı xəbərlər dərc edib.
Bəşər Əsədə müxalif silahlı qruplar bir neçə saat əvvəl Dəməşqə daxil olaraq Suriya paytaxtına nəzarəti ələ keçirib.
Əl-Məyadin kanalı da “Reuters”ə istinadən xəbər verib ki, silahlı qruplaşmalar Suriya ordusundan heç bir əlamət olmadan Dəməşqə daxil olublar.
Sizin rəyiniz