17 dekabr 2024 at 18:21
Jurnalist kodu: 5561
Xəbər kodu: 85693025
T T
0 Persons
Səna: Yəmənə qarşı təcavüz artdıqca cavab variantları da artacaq

Tehran - İRNA - Yəmən Ali Siyasi Şurasının üzvü bu gün (çərşənbə axşamı) səhər saatlarda ölkəsinə qarşı hücumlara münasibət bildirərək, Amerika və İngiltərəni bu hücumların genişlənməsi ilə bağlı xəbərdarlıq edib.

Yəmən Ali Siyasi Şurasının üzvü və Ənsarullah Hərəkatının liderlərindən olan Məhəmməd Əli əl-Husi “Əl-Məyadin” telekanalına müsahibəsində deyib: “Əməliyyatımız davam edir, amerikalıların və ya digər tərəflərin heç bir hərəkəti bizim üçün əhəmiyyət daşımır.”

“Yəmənə qarşı təcavüzkar hücumlar pislənir və Yəmən xalqı onlara cavab verməkdən əl çəkmir və döyüşümüz davam edir” - deyə, o, əlavə edib.

Əl-Husi vurğulayıb: “Təcavüz artdıqca qarşımızda daha çox seçim dayanır və Müdafiə Nazirliyi tərəfindən təcavüzlə mübarizə üçün plan hazırlanıb.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .