İRNA-nın çərşənbə günü “The Guardian” qəzetinə istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Departamenti fələstinlilər və Fələstin əsilli amerikalıların yeni şikayəti ilə üzləşib və bu şikayətə əsasən, nazirlik ABŞ-ın İnsan Haqları Aktından qəsdən yayınmaqda və işğal olunmuş Fələstin ərazilərində kütləvi cinayətlərdə ittiham olunan İsrailə maliyyə dəstəyini davam etdirməkdə ittiham olunur.
Dünən ilk dəfə olaraq insan haqları pozuntusu qurbanları tərəfindən təqdim edilən bu şikayət ABŞ Dövlət Departamentinin hətta bir İsrail təhlükəsizlik bölməsinə belə sanksiya tətbiq edə bilməməsinə etiraz edir. İddiaçılar “The Leahy Law”a istinad edərək, ABŞ hökumətinin hərəkətlərini insan haqlarının kobud şəkildə pozulması kimi qiymətləndiriblər. Leahy Qanununa əsasən, xarici hökumətlər insan hüquqlarını pozarsa, ABŞ-dan yardım ala bilməzlər.
Sizin rəyiniz