Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi İsrail rejimi əsgərlərinin Kamal Ədvan xəstəxanasına vəhşicəsinə hücumunu və onu yandırmasını hərbi cinayətin, insanlığa qarşı cinayətin, beynəlxalq hüququn kobud şəkildə pozulmasının ən son nümunəsi kimi kəskin şəkildə pisləyib. O, aydınlaşdırıb ki, bu cinayət Qəzzada səhiyyə sistemini tamamilə məhv etmək, uşaqları, qadınları, yaralı və xəstə kişiləri minimal tibb müəssisələrindən məhrum etmək məqsədi ilə həyata keçirilib.
Xarici İşlər Nazirliyinin sözçüsü Kamal Ədvan xəstəxanasının Qəzzanın şimalında son yarımfəal tibb mərkəzlərindən biri olduğuna, işğalçı qüvvələrin bu xəstəxanaya müdaxiləsinə, xəstələrin və tibb işçilərinin məcburi təxliyyə edilməsinə və xəstəxananın partladılmasına işarə edərək, bunların iyrənc müharibə cinayəti olduğunu və davam edən soyqırım prosesinin bir hissəsi olduğunu vurğuladı. O, müvafiq beynəlxalq qurumların bu cinayətlə bağlı susmasının əsassız olduğunu və onları beynəlxalq məsuliyyətə cəlb etdiyini vurğulayıb.
Sizin rəyiniz