Rəsmi nümayəndə heyətinin müşayiəti ilə Çinə səfər edən İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçi Mərkəzi Komitənin Siyasi Bürosunun üzvü, Çinin Xarici İşlər naziri Vanq Yi ilə görüşüb və müzakirə aparıb.
Görüşdə tərəflər iki ölkə liderlərinin iki ölkənin strateji əlaqələrini möhkəmləndirmək və inkişaf etdirmək iradəsini vurğulayaraq, iqtisadi, ticarət, investisiya, enerji, nəqliyyat sahələrində əlaqələrin son vəziyyəti, iki ölkənin hərtərəfli əməkdaşlıq proqramı çərçivəsində ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi yollarını nəzərdən keçiriblər.
İranın Xarici İşlər naziri bildirib: “İran İslam Respublikası Çinlə müştərək qarşılıqlı fəaliyyətin çoxsaylı imkanlarından istifadə etmək üçün heç bir səyini əsirgəmir və 25 illik planı müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün möhkəm təməl hesab edir.”
Tərəflər həmçinin Suriyada hər hansı bir xaos və qarışıqlığın təhlükəsindən narahat olduqlarını bildiriblər, Suriyanın milli birliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasının, Suriya cəmiyyətinin bütün cinah və təbəqələrinin təminatçısı olacaq hökumətə təhlükəsiz keçidin zəruriliyini vurğulayıblar.
Sizin rəyiniz