Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sputnik xəbər agentliyinə müsahibəsində bildirib ki, Rusiya ilə İran arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanmağa hazırdır və Suriyadakı vəziyyətə görə dəyişdirilməsi və ya əlavə edilməsinə ehtiyac yoxdur.
Rusiya diplomatik xidmətinin rəhbəri bu sazişin çox əhatəli və dolğun olduğunu, regional və qlobal səviyyədə sülh və təhlükəsizlik maraqları naminə qarşılıqlı fəaliyyətin gücləndirilməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb. Bu saziş həm də Moskva və Tehranın təhlükəsizlik, müdafiə, terrorizm və ekstremizmlə mübarizə və bir çox digər ümumi çağırış və təhdidlərlə mübarizə sahələrində daha sıx əməkdaşlıq etmək istəyini ehtiva edir.
Sizin rəyiniz