Həzrət Ayətullah Xamenei İran İslam Respublikası Televiziya və Radio Təşkilatının rəhbəri və direktorlarının iştirakı ilə keçirilən “Milli medianın transformasiyası üfüqü” konfransına ünvanladığı müraciətdə dünyanın bugünkü mübarizələrində medianın əvəzsiz rolunu vurğulayıb.
İslam İnqilabının Ali Rəhbərinin müraciətinin mətni aşağıdakı kimidir:
Allahın adı ilə
Hörmətli cənab Cəbəli
Siz və konfransda iştirak edən cənablar dünyanın hazırkı mübarizələrində medianın və təbliğatın əvəzsiz rolunu – bu, həmişəkindən daha çoxdur – bilirsiniz.
Bu gün bir tərəfin qələbəsi onun mesaj və deyilənləri reallıqdan qəbul edib çatdırmaq qabiliyyəti ilə müəyyən edilir; hərbi vasitələrin meydana girib, ona təsir göstərməsindən çox əvvəl və daha artıq. Bu mühüm sahədə biz diqqət, səy və təşəbbüsümüzü ikiqat artırmalıyıq. Bu, mənim bu konfransa mesajımdır.
Seyid Əli Xamenei
10-10-1403 (2024-12-30)
Ali Məqamlı Rəhbər: Media sahəsində diqqət, səy və təşəbbüskarlığımızı ikiqat artırmalıyıq
31 dekabr 2024 at 15:33
Xəbər kodu:
85706384
Tehran- İRNA- İslam İnqilabının Ali Rəhbəri “Milli medianın transformasiyası üfüqü” konfransına göndərdiyi müraciətdə dünyanın hazırkı mübarizələrində medianın əvəzsiz rolunu vurğulayaraq bildirib: “Media sahəsində diqqət, səy və təşəbbüskarlığımızı ikiqat artırmalıyıq.”
Sizin rəyiniz