Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün cümə axşamı, yanvarın 2-də X sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb: “Döyüşçünün silahlara, çoxlu bombalara və qalaqlanan ölülərə əsaslandığı bir vaxtda o, “könüllərin sərkərdəsi” kimi tanındı. Çünki böyük sərkərdələr coğrafiyada məlum torpaqların fatehləri deyillər; onlar qəlblərin fatehləridir və buna görə də onların fəthləri əbədi olaraq qalır.”
Bəqai əlavə edib: “İslamın rəşadətli sərkərdəsi, müqavimətin fəxri, vətən əsgəri və terrorla mübarizənin böyük qəhrəmanı Hacı Qasim Süleymaninin şəhadətinin ildönümündə onun xatirəsini ehtiramla yad edirik, İranı müdafiə edən, təcavüzə, terrora və işğala qarşı müqavimət göstərən bütün şəhidlərin ruhuna salam göndəririk.”
Sizin rəyiniz