İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçinin Çinin Siyasi Bürosunun üzvü, Xarici İşlər naziri Vanq Yinin dəvəti ilə həyata keçirilən Pekinə səfəri zamanı tərəflər ikitərəfli münasibətlərin son vəziyyətini və regional hadisələri müzakirə edib və bir sıra məsələlər barədə razılığa gəliblər.
Hər iki tərəf son illər İran və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın həyata keçirilməsində əldə olunan irəliləyişi müsbət qiymətləndirib, iki ölkə liderlərinin strateji istiqamətləri sayəsində iki ölkənin hərtərəfli əməkdaşlıq proqramını həyata keçirməyə çalışacaqlarını, siyasi və diplomatik, parlament, müdafiə və təhlükəsizlik, hüquq-mühafizə, məhkəmə, iqtisadi və ticarət sahələrində idarəetmə təcrübəsi mübadiləsini gücləndirəcəklərini vurğulayıb.
İki ölkənin xarici işlər nazirləri gənclər, təhsil, idman, elm və texnologiya, mədəniyyət, turizm, ətraf mühit, səhiyyə və müalicə, radio və televiziya sahələrində qarşılıqlı əlaqələri gücləndirməyi, həmçinin əyalətlər və qardaşlaşmış şəhərlər arasında insanlar arasında mübadilələri vurğulayıblar.
Sizin rəyiniz