28 dekabr 2024 at 20:00
Jurnalist kodu: 5561
Xəbər kodu: 85703401
T T
0 Persons

Əraqçi: 2025-ci il İranın nüvə məsələsində mühüm ildir

28 dekabr 2024 at 20:00
Xəbər kodu: 85703401
Əraqçi: 2025-ci il İranın nüvə məsələsində mühüm ildir

Tehran - İRNA - Ölkəmizin Xarici İşlər naziri 2025-ci ilin İranın nüvə mövzusu ilə bağlı mühüm il olduğunu açıqlayıb.

Nümayəndə heyətinin müşayiəti ilə Çinə səfər edən ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçi Pekində bu ölkənin Xarici İşlər naziri və Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşdən sonra bildirib: “Çinin Xarici İşlər naziri ilə söhbətdə biz ikitərəfli əməkdaşlığın geniş spektrini, o cümlədən iqtisadi, mədəni, siyasi və digər məsələləri müzakirə etdik. Həmçinin 2025-ci ildə mühüm məsələ olacaq İranın nüvə mövzusu ilə bağlı, müzakirələr aparıldı.”

“Beynəlxalq və regional məsələlər, eləcə də hər kəsi ciddi narahat edən terrorizm sahəsi, Əfqanıstan, Suriya, Qəzzə, Livan, Fələstin və Yəmən məsələlərini müzakirə etdik” - deyə, o, əlavə edib.

Əraqçi Pekində Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşü ilə bağlı deyib: “Bu görüşdə İran İslam Respublikasının ticarət, təhlükəsizlik, iqtisadi əməkdaşlıq, enerji, üzv ölkələr və Şanxay Əməkdaşlıq Təşkilatı arasında enerji habının yaradılması sahələrində irəli sürdüyü təklifləri nəzərdən keçirdik.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .