Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Sərii bildirib: “Raket qüvvələri hərbi əməliyyat həyata keçirərək sionist işğalçı ordusunun Nəvatim hava bazasını “Fələstin 2” səsdən sürətli raketi ilə hədəfə aldı. Sözügedən raket təyin olunmuş hədəfi vurdu.”
Yəhya Sərii əlavə edib: “Qəzzə zolağında düşmənin cinayətlərinin davam etməsinə cavab olaraq, Yəmən Silahlı Qüvvələri Qəzzə zolağı və İordan çayının qərb sahilindəki mücahidlərə raket və pilotsuz təyyarə ilə dəstək verməkdə dini, mənəvi və humanitar vəzifəsini yerinə yetirməyə davam edəcək.”
Sizin rəyiniz