30 dekabr 2024 at 17:13
Jurnalist kodu: 5564
Xəbər kodu: 85705393
T T
0 Persons
İranın Mədəniyyət Nazirliyi italiyalı jurnalistin həbsi ilə bağlı məlumat yayıb

Tehran - İRNA - Mədəniyyət və İslami İrşad Nazirliyinin Xarici Media üzrə Baş İdarəsi məlumat yayaraq bildirib: “İtaliya vətəndaşı olan xanım Çeçelia Sala 13 dekabr 2024-cü ildə jurnalist vizası ilə İrana səfər edib və 19 dekabr 2024-cü ildə İran İslam Respublikasının qanunlarını pozduğuna görə həbs edilib.”

Mədəniyyət və İslami İrşad Nazirliyinin Xarici Media üzrə Baş İdarəsi xanım Çeçelia Salanın həbsi xəbəri ilə məlumatının davamında qeyd edib: “Mədəniyyət və İslami İrşad Nazirliyinin yanaşması həmişə müxtəlif beynəlxalq medianın jurnalistlərinin qanuni səfərlərini və fəaliyyətlərini alqışlamaq, ölkədə xarici KİV-lərin sayını artırmaq və onların qanuni hüquqlarını qorumaq olub. 14-cü hökumətdə də bu yanaşmaya ciddi əməl olunur.”
Məlumatda əlavə olunub: “İtaliya vətəndaşı olan xanım Çeçelia Sala 13 dekabr 2024-cü ildə jurnalist vizası ilə İrana səfər edib və 19 dekabr 2024-cü ildə İran İslam Respublikasının qanunlarını pozduğuna görə həbs edilib.İndi onun işi araşdırılma mərhələsindədir. Onun həbsi müvafiq qaydalara uyğun həyata keçirilib və bu barədə İtaliyanın Tehrandakı səfirliyinə məlumat verilib. Bu müddət ərzində adıçəkilən şəxs üçün konsulluq girişi təmin edilib və xanım Sala ailəsi ilə telefonla əlaqə saxlayıb.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .