HƏMAS bazar ertəsi axşam yaydığı bəyanatda bildirib: “İşğalçı rejimin İordan çayının qərb sahilində və Qüdsdə fələstinlilərə məxsus ev və obyektlərin dağıdılması, o cümlədən işğal altındakı Qüdsün şərqindəki Anata qəsəbəsində 13 evin sökülməsi əmrinin verilməsi, yəhudiləşdirmə əməliyyatlarının davam etdirilməsi, qəsəbə salınmalarının genişləndirilməsi və fələstinlilərin məcburi köçürülməsi proqramları ilə bağlı hərəkətləri artıb.”
HƏMAS-ın bəyanatında əlavə olunub: “Biz Fələstin xalqından və İordan çayının qərb sahilindəki qəhrəman müqavimətimizdən istəyirik ki, sionist işğalçıları ilə qarşıdurmanı gücləndirsinlər, müqəddəs məkanlarımızda, ziyarətgahlarımızda varlığımızı hədəfləyən planlara qarşı dursunlar.”
Sizin rəyiniz