Omanın Xarici İşlər naziri Seyid Bədr Əl-Busəidi Tehrana səfəri zamanı İslam İnqilabının Ali Rəhbərinin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan ilə görüşüb.
Bu görüşdə tərəflər iki ölkə arasındakı əlaqələrin uzun tarixinə toxunaraq, ikitərəfli məsələləri və regional hadisələri müzakirə ediblər, müxtəlif sahələrdə, o cümlədən siyasi, təhlükəsizlik və iqtisadi sahələrdə əlaqələrin səviyyəsinin yüksəldilməsi, iki ölkə, eləcə də Mərkəzi Asiya ölkələri və Rusiya ilə tranzit layihələrinin təşviqi vurğulanıb.
Əhmədiyan Omanın Xarici İşlər nazirinin sualına cavab olaraq deyib: “Zənginləşdirilmiş maddələrin toplanmasının artırılması və zənginləşdirmə səviyyəsinin yüksəldilməsi ilə bağlı deyilənlər və şayiələr əsassızdır. İran İslam Respublikası hələ də Maskat anlaşmalarının ümumi çərçivəsinə sadiqdir və top öz öhdəliklərini yerinə yetirmək üçün rəqibin meydançasındadır.”
Sizin rəyiniz