Şeyx Nəim Qasim çərşənbə günü, yanvarın 1-də “İslam Humanitar Elmlər Günü”nün mərasiminə videomüraciətində bildirib: “Bizim mövqeyimiz təcavüzə qarşı mübarizə və ona müqavimət göstərməkdir. Bizim əsasında hərəkət etdiyimiz cihad ruhu və başqalarının torpağı azad etmək yolunda onun əsasında qədəm qoyduğu vətənpərvərlik ruhu arasında heç bir ziddiyyət yoxdur.”
Hizbullah Hərəkatının Baş katibi bildirib: “Biz inanırıq ki, bölgədəki çətinliklərin öhdəsindən gəlmək üçün İslami İran ilə əldə edilən əməkdaşlıq və Hizbullah, Yəmən və İraqın Qəzzəyə verdiyi dəstək, hamısı ortaq düşmənlə qarşıdurma ilə əlaqəli vahid baxışdan irəli gəlir. Konkret bir coğrafiyada olsa belə, iman və əqidə baxımından, o coğrafiyada və torpaqda yaşayanların hamısının bu düşmənə qarşı durması lazımdır.”
“Bizim haqqımızdır ki, İslam ümmətindən və dünyadan düşmənə qarşı Fələstini və Qəzzəni dəstəkləmməsinin səbəbini soruşaq” - deyə, Hizbullah lideri əlavə edib.
Nəim Qasim müraciətinin davamında deyib: “Həqiqətən də Qəzzədə və Livanda düşmən İsrailə qarşı mifik müqavimət formalaşmışdı və bu mifik sabitliyin dəstəklənməsində qardaşlar arasında əməkdaşlıq mühüm rol oynadı. Şəhid Hacı Qasim Süleymani, ümmətin böyük şəhidi Seyid Həsən Nəsrullah, Seyid Haşim Səfiyəddin, Yəhya Sinvar, İsmayıl Həniyyənin qanı, Yəmən Ənsarullahının dəstəyi, Əbu Mehdi əl-Mühəndisin şəhadəti və Həşd-Şəbinin, Nəcəfi-əşrəf və müqəddəs Qumdakı din mərcələri, dünyanın azad insanları imkanları çatdığı hər şeyi təqdim etdilər. Bütün bu əməkdaşlıqlar bizi düşməni rüsvay etmək, gələcək üçün və əməli nailiyyətlər naminə müqaviməti davam etdirmək və onun mətanətini möhkəmləndirməkdə qəti qərar qəbul etmək mövqeində qoyur.”
Livan Hizbullahının Baş katibi atəşkəs razılaşmasına toxunaraq deyib: “Onun məsuliyyəti Livan hökumətinin, razılaşmanın həyata keçirilməsini siyasi yolla təqib edən nəzarətçi hökumətlərin və komitələrin üzərindədir ki, İsrail Livandan çıxsın. Lakin İsrail pozuntulara yol verir və təcavüzlər edir. Bunlar yüzlərlə hava və dəniz hücumlarıdır. Habelə evləri dağıtmağa, əvvəllər onun üçün mümkün olmayan bəzi ərazilərə girməyə başlayıb.”
Hərəkat lideri bəyan edib: “Hizbullah bununla bağlı hökumətə öz məsuliyyətini qəbul etmək şansı vermək qərarına gəldi. Bu, hökumətin öhdəsinə aldığı siyasi mərhələdir. Burada bizim razılaşdığımız bəzi baxışlar var və o da hökumətin bu razılaşmanın icrasına cavabdeh olmasıdır.”
Şeyx Nəim Qasim deyib: “Biz müqavimətlə sübut etdik ki, düşmənin sərhədyanı ərazilərdə irəliləməsinə imkan verməyəcəyik. Həmçinin, mövcud vəziyyət Livan hökuməti üçün siyasi performansı ilə özünü sübut etmək üçün bir fürsətdir. Müqavimət davam edir və öz gücünü bərpa edib, onun köklü bir imanı olan, gələcəkdə irəli getməsinə, parlamasına və daha da güclənməsinə imkan verən sədaqətli və şəhidlik arzusunda olan qüvvələri var.”
Sizin rəyiniz