Yaxın günlərdə İslami İran ərazisində və Fars körfəzinin mavi sularında silahlı qüvvələrin birgə və birləşmiş iqtidar manevrləri başlayacaq.
SEPAH və bəsic qüvvələrinin kəşfiyyat, müdafiə və hücum bölmələri proqrama uyğun olaraq “Böyük Peyğəmbər-19” iqtidar təliminin yeni birləşmiş formatda icrasına başlayacaq.
Silahlı Qüvvələrin illik proqramına əsasən, builki təlim birgə və tərkibli formatda və düşmənin yeni təhdidlərinə uyğun planlaşdırılıb və keçirilməsi nəzərdə tutulub.
Silahlı qüvvələrin müdafiə və hücum imkanlarında koordinasiya və sinerjinin təkmilləşdirilməsi, düşmən təhdidlərinin öhdəsindən gəlmək üçün yeni hərbi texnikanın səhrada istismarı bu birləşmiş və birgə təlimin məqsədlərindən sayılır.
Sizin rəyiniz