“Armenian Press” xəbər agentliyinin saytı yazıb ki, Entoni Blinken dünən axşam (14 yanvar) mərasimdə deyib: Biz ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq komissiyası yaradırıq. Bu komissiya bizə iqtisadi məsələlər, təhlükəsizlik və müdafiə, demokratiya və ədalət də daxil olmaqla bir sıra əsas sahələrdə ikitərəfli əməkdaşlığımızı genişləndirmək üçün çərçivə yaradır.
ABŞ dövlət katibi deyib: Gömrük və sərhəd mühafizəsi üzrə ixtisaslaşmış Amerika komandası yaxın həftələrdə Ermənistana səfər edəcək və sərhəd mühafizə imkanlarının təkmilləşdirilməsi sahəsində erməni həmkarları ilə əməkdaşlıq edəcək.
O əlavə edib ki, Amerika Ermənistanla təhlükəsizlik və müdafiə sahələrində də əməkdaşlıq edib və xüsusilə Ermənistanın müstəqilliyini və suverenliyini qoruyub saxlamaq səylərini dəstəkləyir.
Ararat Mirzoyan həmçinin İrəvanın Tramp administrasiyası ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb və deyib: “Biz strateji tərəfdaşlıq xartiyasında qeyd olunan məqsədlərə nail olmaq üçün Amerikanın yeni administrasiyası ilə əməkdaşlığı davam etdirməkdə maraqlıyıq”.
O, Ermənistanın İŞİD-ə qarşı qlobal koalisiyaya qoşulmaq niyyətində olduğunu bəyan etməklə, bu hərəkətini Ermənistanın qlobal terrorizmlə mübarizəyə sadiqliyini nümayiş etdirmək kimi qiymətləndirib.
Mirzoyan deyib: Bu saziş nüvə enerjisinin dinc məqsədlərlə istismarı sahəsində əməkdaşlıq üçün çərçivədir və bizim nüvə enerjisinin təhlükəsizliyi, sülh məqsədli olması və yayılmamasının ən yüksək standartlarına uyğun olaraq sülh yolu ilə inkişafına sadiqliyimizi göstərir.
Sizin rəyiniz