20 yanvar 2025 at 10:16
Jurnalist kodu: 5564
Xəbər kodu: 85724718
T T
0 Persons

Tags

Əbu Ubeydə: Ənsarullah və Hizbullahdakı qardaşlarımıza xüsusilə minnətdarıq

Tehran - İRNA - Qəssam taborlarının sözçüsü deyib: Biz xüsusilə Ənsarullahdakı qardaşlarımıza və döyüşümüzdə ağır bədəl ödəmiş Hizbullah yoldaşlarımıza minnətdarıq və Qəzzanı dəstəklədikləri üçün Livan, İran və İraqdakı müqavimət cəbhələrini salamlayırıq.

Şəhid İzzəddin Əl-Qəssam taborlarının hərbi sözçüsü Əbu Ubeydə 471 günlük müharibədən və atəşkəsin elan edilməsindən sonra ilk video çıxışında deyib: Əl-Əqsa tufanı tarixi döyüşündən 471 gün keçir. Bu, məhv olmaqda olan işğal rejiminin tabutuna son mismarını vuran müharibə idi. Xalqımızın göstərdiyi böyük fədakarlıqlar, axıdılan qanlar hədər getməyəcək, əbəs olmayacaq.

Əbu Ubeydə vurğuladı: Əl-Əqsa tufanı əməliyyatı sabitlik və tarix yaratmağın bənzərsiz bir nümunəsini təqdim etdi və xalqımız 15 aydan artıqdır ki, azadlıq, müqəddəs yerlər və öz torpaqları uğrunda əzəmətli şəhidlər karvanını təqdim etdi.

O, qeyd etdi: Biz dünyada tayı-bərabəri olmayan tarixi dastan yaratdıq. Əl-Əqsa tufanı müharibəsi bölgənin simasını dəyişdi və yeni balanslar yaratdı. Bu əməliyyat həmçinin düşmənə böyük zərbə vurdu və düşmən böyük itki verdi.

Əbu Ubeydə davam etdi: İşğalçı rejim bu dövrün ən böyük səhvidir və işğalın davam etməsi bütün bölgəyə təsir edəcək. Qardaşlarımızla müqavimət cəbhələrində var gücümüzlə, mətanətimizlə vuruşduq və əfsanəyə bənzər bir şeyə nail olduq. Münaqişə çətin şəraitdə və hərbi bərabərlikdən kənarda gedirdi və biz döyüşün əvvəlindən qeyri-mümkün görünən şəraitdə cinayətkar və qatil dəstələr ordusuna qarşı vuruşuruq.

Əbu Ubeydə müqavimətin atəşkəs razılaşmasına və onun bütün müddəalarının həyata keçirilməsinə sadiq olduğunu və razılaşmanın bütün müddəalarını müvəffəqiyyətlə yerinə yetirməyə can atdığını vurğulayıb və biz vasitəçilərdən düşməni buna məcbur etməyi istəyirik.

Əl-Qəssam taborlarının sözçüsü Qəzza zolağına dəstək cəbhələri ilə bağlı çıxışına davam edərək deyib: Qəzzaya dəstək verən Livan, İran və İraqdakı müqavimət cəbhələrini salamlayırıq. Bizə kömək etmək üçün döyüşdə ağır bədəl ödəyən Ənsarullahdakı qardaşlarımıza və Hizbullahdakı yoldaşlarımıza təşəkkür etməliyik.

Əbu Ubeydə əlavə edib: Biz İraqdakı İslam müqavimətini və işğalçıların sərhədini keçən İordaniyadakı qardaşlarımızı salamlayırıq.

O, sözünə davam etdi: Dünyanın bütün azad insanlarına salam göndəririk; Çünki milyonlarla insan bütün dünyada nümayişlər keçirərək müqavimət və dəyanət modelini dəstəklədiklərini bəyan etdilər.

Əbu Ubeydə vurğulayıb: Biz iranlıları bu tarixi döyüşdə davamlı dəstək və iştiraklarına görə salamlayır və onlara təşəkkür edirik.

0 Persons

Sizin rəyiniz

You are replying to: .