10 fevral 2025 at 16:33
Jurnalist kodu: 5564
Xəbər kodu: 85747040
T T
0 Persons
Əraqçi: Biz heç kimin İran xalqına öz iradəsini tətbiq etməsinə icazə verməyəcəyik

Həmədan - İRNA - Xarici İşlər naziri heç bir məntiqin təzyiq və təhdid altında danışıqlar aparmağa imkan vermədiyini bildirərək deyib: “Heç kimin öz iradəsini İran xalqına tətbiq etməsinə icazə verməyəcəyik.”

Seyid Abbas Əraqçi bazar ertəsi günü Həmədanda 22 Bəhmən yürüşü iştirakçıları qarşısında çıxışında deyib: “Bu gün biz ABŞ-da İran xalqına qarşı maksimum təzyiq siyasəti yürüdən bir prezidentlə üz-üzəyik. İrana təzyiq etmək üçün sənəd imzalayır, eyni zamanda hiyləgərlik məqsədilə müzakirələrdən danışır. Onların danışıqlar dedikdə nəzərdə tutduqları danışıqlar təslim danışıqlarıdır, lakin İran xalqı heç vaxt təslim olmayacaq.”

Xarici İşlər naziri əlavə edib: “Nə üçün təzyiq altında danışıqlar aparmalıyıq? Hansı məntiqlə və hansı azad insan bu şəraitdə və təzyiq altında danışıqları qəbul edər?”

Amerikaya yenidən güvənmək üçün bir səbəb olmadığını bəyan edən Əraqçi bildirib: “İranı danışıqlar masasına qaytarmaq üçün nə etdilər? Artan təhdid və təzyiqlərdən başqa nə etdilər? Heç bir ölkə bu şərtlərlə danışıqlara girməyə razı deyil. Amerika uzun müddətdir ki, öz vədini yerinə yetirmir, xüsusən də nüvə sazişində bunun şahidi olduq.”

Xarici İşlər naziri çıxışının davamında qeyd edib ki, İran bundan əvvəl yaxşı niyyətlə danışıqlara başladı və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdi. Bəs nəticə nə oldu? Onlar öhdəliklərini yerinə yetirmədilər və müqavilədən çıxdılar.”

“Biz inadkarlıq üzündən deyil, məntiqə və mütəxəssislərin fikrinə əsaslanaraq danışıqlara can atmırıq. Çünki heç bir ölkə təslim olmaq istəmədikcə təhdid, sanksiyalar və təzyiq altında danışıqlar aparmaz” - deyə, ölkənin baş diplomatı vurğulayıb.

Əraqçi sonra deyib: “46 il əvvəl İran xalqının inqilabı zalım, korrupsioner və xaricdən asılı rejimə qarşı qələbə çaldı. İran xalqının inqilab zamanı əsas şüarı “istiqlal, azadlıq, İslam Respublikası” idi. İnsanlar niyə müstəqilliyi vurğulayırdılar? Çünki ölkəmiz qərbdən asılı idi və xaricilərin, xüsusən də Amerikanın arxasınca gedirdi. İnsanlar özlərini həqiqətən müstəqil hiss etmirdilər.”

Əraqçi bildirib ki, Rəhbər İran xalqının müstəmləkəçilərə qarşı duracaq cəsarətə malik olduğunu bəyan etdi. Bu xalqa arxalanaraq, Ali Məqamlı Rəhbərin müdrik və ayıq rəhbərliyi ilə müstəmləkəçilərə qarşı duracağıq. Biz imkan verməyəcəyik ki, heç kim hədə-qorxu və sanksiyalarla öz iradəsini İran xalqına tətbiq etsin.

Xarici işlər naziri çıxışının başqa bir hissəsində Qəzzənin müqavimətli xalqının sionistlərə qarşı qələbəsinə işarə edərək deyib: “Bu günlərdə biz İranda İslam İnqilabı və Fələstin xalqı da Qəzzədə qələbə bayramı keçirir. Fələstin xalqı ən böyük cinayətlər və bombardmanlar altında müqavimət göstərdi, kütləvi qətliam və soyqırım adlandırılan cinayətə qarşı durdular.”

“Təbii ki, Qəzzə xalqı böyük bədəl ödədi, lakin öz torpağından, müstəqilliyindən və izzətindən əl çəkmədi” - deyə, Əraqçi vurğulayıb.

Xarici İşlər naziri bəyan edib ki, bu gün Qəzzə əhalisinin didərgin salınması kimi ağlasığmaz şeylər danışılır. Halbuki, bu, beynəlxalq hüququn bütün prinsiplərinə və bütün beynəlxalq qanunlara və insanlığa ziddir. Bir məmləkətin xalqı necə didərgin salınıb öz torpağından köçürdülə bilər? Müharibə ilə vətənini tərk etməyən, müqavimət göstərən insanlara qarşı bunu siyasi yolla etmək mümkündürmü?

0 Persons

Sizin rəyiniz

You are replying to: .