Ənsarullah lideri: Trampın Qəzzədə planının həyata keçirilməsinin qarşısını almaq üçün hərbi gücdən istifadə edəcəyik

Tehran - İRNA - Yəmən Ənsarullah Hərəkatının baş katibi deyib: “Amerikalılar Fələstin xalqını öz torpaqlarından, vətənlərindən, yurdlarından və müqəddəs yerlərindən zorla köçürmək planını həyata keçirmək istəsələr, Yəmən güc tətbiq edəcək, hər hansı bir şəkildə hərbi müdaxilə və Allah yolunda cihad edəcək.”

Əbdülməlik Bədrəddin əl-Husi cümə axşamı etdiyi çıxışda bölgədəki hadisələrə və ABŞ prezidenti Donald Trampın Qəzzə xalqını zorla qonşu ölkələrə köçürmək planına toxunaraq deyib: “Əgər amerikalılar və sionistlər bu planı güc yolu ilə həyata keçirsələr və ya ərəb rejimləri ilə onu həyata keçirmək üçün razılığa gəlsələr, hətta hərbi qüvvə ilə hərəkətə keçəcəyik.”

“Amerikalılar və sionistlər öz səhv, qəddar, düşmənçilik və cinayətkar planlarını güc yolu ilə həyata keçirməyə doğru irəlilədiklərinə heç vaxt səssiz qalmayacağıq. Əgər amerikalılar və sionistlər Qəzzə əhalisini zorla köçürmək planını həyata keçirmək üçün güc tətbiq etsələr, biz raket hücumları, pilotsuz təyyarələr, dəniz əməliyyatları və digər vasitələrlə meydana girəcəyik” - deyə, Ənsarullah lideri açıqlayıb.

Əl-Husi vurğulayıb: “Biz onların hücumunu güc vasitəsi, hərbi müdaxilə ilə və Uca Allah yolunda hər cür cihadla qarşılayacağıq.”

Hərəkat lideri Qəzzədə atəşkəs razılaşmasının icrası ilə bağlı deyib ki, sionist rejim atəşkəsin ikinci mərhələsinin həyata keçirilməsindən yayınır və cinayətkar Netanyahu həmin şəxsdir ki, birinci mərhələni uzatmaq niyyətində olduğunu bəyan edir.

Əbdülməlik Bədrəddin əl-Husi qeyd edib ki, cinayətkar Netanyahu birinci mərhələdə olanı ikinci mərhələdə fələstinlilərdən almaq istəyir.

Ənsarullah lideri əlavə edib: “İkinci mərhələ üçün hətta yenidənqurma, sığınacaq və sionist rejim ordusunun Qəzzədən çıxarılmasının başa çatması ilə bağlı fundamental aspektlərlə bağlı əsaslı tələblər var. Netanyahunun məqsədi budur ki, fələstinlilərin üstünlüklərini əlindən alsın, onları ilk mərhələdə digər əsirləri azad etməyə məcbur etsin, beləliklə, öz öhdəliklərini yerinə yetirməsin.”

Yəmən Ənsarullah Hərəkatının baş katibi Trampın Fələstin xalqına və müqavimət hərəkatlarına qarşı: “əgər şənbə günü bütün əsirlər azad edilməsə, onlara hücum ediləcək və Qəzzə xalqı əleyhinə cəhənnəm bərpa ediləcək” təhdidini pisləyib, Trampı cinayətkar kafir və təlxək adlandırıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .