HƏMAS fələstinli əsirlərin azad edilməsi münasibətilə yaydığı bəyanatda vurğulayıb: “Azad edilmiş əsirləri, onların ailələrini və Fələstin xalqını azadlıq və qayıdış yolunda əldə etdikləri bu böyük milli nailiyyət münasibətilə təbrik edirik.”
“Qəhrəman əsirlərin azad edilməsinin şahidi olduğumuz bu anlar Qüdsə doğru uzun yolumuzda yeni bir addımdır. Əsirlərin azad edilməsi məsələsi millətimizin və müqavimətimizin əsas prioriteti olaraq qalacaq və onların hamısının azadlığa buraxılmayana qədər qələbəmiz tam deyil”, bəyanatda əlavə olunur.HƏMAS bildirib: “Üç sionist əsirin azad edilməsi düşmənin atəşkəs razılaşması və humanitar protokollar üzrə öhdəliklərinə əməl etməsinə, həmçinin danışıqların ikinci mərhələsinə təxirə salınmadan başlamasına görə məsuliyyət daşımağa məcbur edir.”
Müqavimət hərəkatı bəyanatının davamında qeyd edib: “Biz vurğulayırıq ki, milli birlik və müqavimət Fələstin xalqını köçürmək üçün bütün planları məğlub etmək üçün kifayətdir. Necə ki, işğalçıların bütün əvvəlki planlarını alt-üst etdi.”
Sizin rəyiniz