HƏMAS bununla bağlı yaydığı bəyanatda vurğulayıb: “Bu cinayət və razılaşmanın pozulması işğalçı rejimin davamlı şəkildə atəşkəsi pozması və öhdəliklərini yerinə yetirməməsi sırasına əlavə olunur. Bunun ən sonuncusu İsrailin bu gün prefabrik evlərin və ağır texnikanın girişini qadağan etməsini bildirməsi idi. Halbuki rejimin özü bu məsələni öz üzərinə götürmüş və ötən həftənin sonunda vasitəçilərə məlumat vermişdi.”
Bəyanatda əlavə olunur: “Üstəlik, İsrailin danışıqların ikinci mərhələsinə başlamasını gecikdirməsi göstərir ki, bu rejim vasitəçilərin təsdiq etdiyi və beynəlxalq ictimaiyyətin də şahidi olduğu razılaşmanın həyata keçirilməsində ciddi deyil. Bu, həmçinin Netanyahunun razılaşmaya və əsir mübadiləsi prosesinə mane olmaqda cinayətkar niyyətlərini ortaya qoyur, təcavüzkarlığa qayıtmağa və Fələstin xalqına qarşı daha çox cinayət törətməyə çalışdığını sübut edir.”
HƏMAS-ın yaydığı bəyanatın sonunda bildirilir: “Bu vəhşi cinayəti, humanitar saziş və protokolun bütün pozuntularını pisləməklə yanaşı, onun nəticələrinə görə işğalçı rejimin məsuliyyət daşıdığını bəyan edirik. Biz həmçinin vasitəçi qardaşları sionist düşməni öz öhdəliklərini yerinə yetirməyə məcbur etməkdə vəzifələrini yerinə yetirməyə, atəşkəs rejiminin təkrar pozulmasının qarşısını almaq üçün müdaxilə etməyə, bu rejimi humanitar protokolu tam icra etməyə məcbur etməyə və dərhal danışıqların ikinci mərhələsinə başlamağa çağırırıq.”
Sizin rəyiniz