Bəqai İranı regionda sabitliyi pozan davranışlarda ittiham etməyi gülünc adlandırıb, G7-yə üzv ölkələrin, xüsusən də ABŞ, Kanada və üç Avropa ölkəsinin soyqırımçı sionist rejiminə silah, maliyyə və siyasi dəstək verməsi, onların regiona digər hərbi və siyasi müdaxilələri ilə bağlı fəaliyyətinə toxunaraq deyib: “Qərbi Asiya regionuna sabitlik və təhlükəsizliyin qaytarılması bu ölkələrin regional məsələlərə müdaxilə siyasətinə son qoyulmasını tələb edir.”
Xarici İşlər Nazirliyinin mətbuat katibi İran İslam Respublikası hökumətinin İran xalqını, ərazi bütövlüyünü və milli suverenliyini istənilən təhdid və təcavüzə qarşı müdafiə etmək üçün qanuni haqqı və qanuni məsuliyyətini vurğulayıb, bunun üçün İranın hərbi-müdafiə qabiliyyətinin beynəlxalq hüquq və standartlara uyğun inkişafını zəruri hesab edərək deyib: “İran İslam Respublikasının müdafiə qabiliyyəti ölkənin milli təhlükəsizliyini təmin etməklə yanaşı, Qərbi Asiya regionunun sülh və təhlükəsizliyinə uyğundur.”
Bəqai həmçinin vurğulayıb ki, İranın sülhməramlı nüvə fəaliyyəti və zənginləşdirmə proqramının mahiyyətinə dair hər hansı şübhə əsassızdır və İranın dinc məqsədli nüvə fəaliyyəti ölkənin texniki və sənaye ehtiyaclarına uyğun olaraq, İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi və Müşahidə Müqaviləsindən irəli gələn beynəlxalq hüquq və öhdəliklərinə uyğun olaraq layihələndirilir və həyata keçirilir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İranın nüvə silahlarından azad Yaxın Şərq regionunun yaradılmasında qabaqcıl rolunu xatırladaraq, bu reallaşmanın qarşısını alan yeganə maneəni sionist işğalçı rejim hesab edib, bu rejimin G7 ölkələrinin tam dəstəyi ilə Qəzzədə soyqırım törətdiyini, eyni zamanda region ölkələrinə hücum etdiyini, kütləvi qırğın silahlarını genişləndirdirməyə davam etdiyini, beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhlükə törətdiyini diqqətə çatdırıb.
Sizin rəyiniz