Şeyx Nəim Qasim Hizbullah Hərəkatının şəhid komandirlərinin ildönümü münasibəti ilə deyib: “İmam Məhdinin (əc) bir gün zühur edəcəyinə inanırıq və onun bayrağı altında olmağa çalışmalıyıq, çünki bu, haqq və insanlıq bayrağıdır.”
“Amerikalıların təklif etdiyi layihə Ərəb və İslam ölkələri üçün təhlükədir, Ərəb dünyasının və beynəlxalq ictimaiyyətin susqunluğu ABŞ prezidentinə bu planı həyata keçirməyə kömək edir. Biz fələstinlilərin dünyanın istənilən yerinə köçürülməsinə qəti şəkildə qarşıyıq” - deyə, hərəkat lideri bəyan edib.
Hizbullahın baş katibi deyib: “Bu gün sübut olunub ki, İsrailin etdiyi hər şey Amerikanın tələbi və rəhbərliyi ilədir. Ərəb və İslam ölkələri fələstinlilərin köçürülməsinə qarşı olmalıdır. Amerika planı hamı üçün, Ərəb və İslam ölkələri üçün təhlükədir. Ərəb və İslam ölkələrinin fələstinlilərin köçürülməsinə qarşı çıxmaq planı varsa, biz Hizbullahda əməkdaşlığa hazırıq.”
Şeyx Nəim Qasim vurğulayıb: “İsrail fevralın 18-də tamamilə (Livandan) çıxmalıdır və heç bir bəhanəsi yoxdur. Livan hökuməti onun qalmasının uzanmasını qəbul etməməli və qətiyyətlə hərəkət etməlidir.”
“İsrail 2 gün ərzində bütün Livan ərazisindən çıxmalıdır. Sionistlər Livan ərazisində hər hansı bir yerdə qalsalar, işğalçı sayılırlar və hamı bilir ki, işğalçılara qarşı nə edirik” - deyə, o, əlavə edib.
Hizbullah lideri İran təyyarələrinin Beyrut hava limanına enməsinə qoyulan qadağa ilə bağlı deyib: “Baş nazir uçuş və mülki təhlükəsizlik bəhanəsi ilə təyyarənin enişinə mane olmaq qərarına gəlib və bu, İsrailin qərarının icrasına uyğundur. Mən Livan hökumətini İran uçuşlarına qadağa ilə bağlı suveren mövqeyini yenidən nəzərdən keçirməyə və elan etməyə çağırıram.”
Şeyx Nəim Qasim də vurğulayıb: “Biz UNIFIL qüvvələrinə hər hansı hücumun əleyhinəyik.”
Sizin rəyiniz