İslam İnqilabının Ali Rəhbəri bu gün səhər saatlarında Şərqi Azərbaycan əhalisi ilə görüşündə:
- Bu gün bölgənin vəziyyətini görən, tanıyan təbrizli gənclərimiz düşməni və dostu ayırd edir, o tərəfdən kiminsə bağırtısı, bu tərəfdən kiminsə ulaması qarşısında heç bir qorxu hiss etmir, passivlik hiss etmir, özünü güclü hiss edir.
- Azərbaycanlı gənc və bu günün təbrizli gənci təcrübəli siyasətçiləri silkələyən bu hadisələrin qarşısında dağ kimi dayanır. Bu gənc bilməlidir ki, bu ruh kimin mirasıdır, hansı hadisəyə aiddir.
- İnqilab dövrünü görməyən, 29 Bəhməndən bir ad və hadisədən başqa heç nə xatırlamayan gənclərimiz, bu qrupun keçmişini və bu böyük hadisəni yaradan insanların kim olduqlarını, nə iş gördüklərini, hansı ruhla meydana çıxdıqlarını bilməsə, düşmənin yaratdığı saxta hekayələr zehinlərə hakim kəsiləcək.
- Azərbaycan və Təbriz əslində müxtəlif dövrlərdə yadların təcavüz və hücumu qarşısında İranın güclü səddi olub. Bəzi vaxtlarda mərkəzdə və paytaxtda olanların səriştəsizliyi ucbatından Çar və ya Osmanlı hökumətlərinin ünsürləri Azərbaycanın bəzi yerlərini, hətta Təbrizin özünü də istila etdilər, amma məhz təbrizlilər öz mətanətləri və səbrləri sayəsində düşməni qaçmağa məcbur edəcək şəkildə davrana bildilər.
Sizin rəyiniz