İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf bu gün Sudanın Xarici İşlər naziri Əli Yusif Əhməd Əl-Şərif ilə görüşündə Sudanın İran hökuməti və xalqı üçün tarixi keçmişi və ikitərəfli əlaqələri ilə tanınan bir ölkə olduğunu bildirərək deyib: “İslam Respublikası Sudanda sabitliyin yaranmasını, bu ölkədə vahid suverenlik və ərazi bütövlüyünün bərqərar olmasını vurğulayır və ümid edirik ki, buna tezliklə nail olunacaq.”
“Sudanın bu məsələdəki uğuru səbəbindən, şübhəsiz ki, düşmənlər tamah gözlərini bu ölkədən çəkməyəcək, məqsədlərinə çatmaq üçün yeni məşum planlar quracaqlar. Ona görə də bu sahədə lazımi tədbirlər görülməlidir. İran İslam Respublikası hesab edir ki, bu məşum planlara qarşı durmaq üçün ilk öncə anlamalıyıq ki, İslam ölkələrinin və region dövlətlərinin düşməni sionist rejimdir” - deyə, Qalibaf əlavə edib.
İslam Şurası Məclisinin sədri İran və Sudan arasında ikitərəfli əlaqələrin inkişafının zəruri olduğunu bildirərək deyib: “İran İslam Respublikası siyasi əlaqələri artırmaqla yanaşı, iqtisadi məsələləri və ticarət əlaqələrini inkişaf etdirməyə hazırdır. Bu baxımdan hesab edirik ki, sizin və müşayiət edən nümayəndə heyətinin İrana səfəri iqtisadi əlaqələrin inkişafı istiqamətində səmərəli addım ola bilər.”
Sizin rəyiniz