19 fevral 2025 at 17:39
Jurnalist kodu: 5564
Xəbər kodu: 85756322
T T
0 Persons
SEPAH Quru Qoşunlarının çoxlu raket, dron və artilleriya avadanlığı təqdim edilib

Dezful - İRNA - İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının müxtəlif qollarına məxsus çoxlu sayda raket, pilotsuz uçan aparat, artilleriya və müdafiə ləvazimatları çərşənbə günü Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Baqirinin iştirakı ilə “Böyük Peyğəmbər (s) 19” təlimi çərçivəsində nümayiş etdirilib və qüvvələr təşkilatına əlavə edilib.

SEPAH Quru Qoşunları komandanının müavini təlim çərçivəsində İRNA ilə müsahibədə Quru Qoşunlarına çoxlu sayda texnikanın əlavə edilməsinə toxunaraq deyib: “Bu avadanlıqların tədqiqat və sənaye sınaqları həyata keçirilmişdir.”

SEPAH Quru Qoşunlarının çoxlu raket, dron və artilleriya avadanlığı təqdim edilib

General-mayor Əli Kuhistani bu silahların döyüş bölgələrində məhdud sahə dəyərləndirməsindən keçirildiyini bildirərək əlavə edib: “Bu gün bu texnika Quru Qoşunlarının döyüş təşkilatına kütləvi şəkildə daxil olub və qüvvələrin imkanlarının artırılmasında əsas rol oynayacaq.”

SEPAH Quru Qoşunlarının çoxlu raket, dron və artilleriya avadanlığı təqdim edilib

“200 kilometr mənzilli BM450 orta mənzilli ballistik raket, Fateh 360 raketi və dəqiq təyin etmə qabiliyyətinə malik Fəcr 5 idarə olunan raketi bu gün SEPAH-ın Quru Qoşunlarına əlavə edilən avadanlıqlar sırasındadır” - o, bəyan edib.

SEPAH Quru Qoşunlarının çoxlu raket, dron və artilleriya avadanlığı təqdim edilib

SEPAH-ın Quru Qoşunlarının Hazırlıq və Dəstək komandanının müavini bildirib: “Ağıllı 122 mm-lik idarə olunan raketlər, minaatan 122 mm-lik raketlər və "Məcid" qısa mənzilli müdafiə sistemi bu gün Quru Quşunların döyüş təşkilatına əlavə edilən digər avadanlıqlar sırasındadır.”

General-mayor Kuhistani qeyd edib ki, gücləndirilmiş mühərriklərə malik strateji İHA Mühacir-10 və Mühacir-6 və reaktiv və porşen mühərrikləri ilə müxtəlif uçuş məsafələri və uçuş hündürlükləri və fərqli partlayıcı döyüş başlığı gücü ilə müxtəlif yerli intihar PUA-ları bu gün təqdim edilən və quru qoşunlarına əlavə edilən avadanlıqların bir hissəsidir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .