19 fevral 2025 at 23:44
Jurnalist kodu: 5564
Xəbər kodu: 85756613
T T
0 Persons
Silahlı Qüvvələrin Baş Qərargah rəisi: İranın təhlükəsizliyi təhdid edilərsə, bütün regionun sabitliyi pozulacaq

Dezful - İRNA - Silahlı Qüvvələrin Baş Qərargah rəisi deyib: “İranın təhlükəsizliyi təhdid olunarsa, bütün Qərbi Asiya regionunun sabitliyi təhlükə altına düşəcək və təhlükənin səbəbkarları və onların havadarları sabitlik tapa bilməyəcəklər.”

General-mayor Məhəmməd Baqiri çərşənbə günü axşam saatlarında SEPAH Quru Qoşunlarının “Böyük Peyğəmbər- 19” hərbi təliminin son mərhələsi çərçivəsində jurnalistlərə verdiyi açıqlamada İslam Respublikasının Silahlı Qüvvələrinin hazırlığın ən yüksək səviyyəsində olduğunu vurğulayaraq deyib: “Düşmən tərəfindən hər hansı bir səhv olarsa, sionist rejimin və onun texnikasını və əməliyyatını planlaşdırılmasında iştirak edənlərin sabitliyi təhlükə altına düşəcək.”

Baqiri deyib: “İran İslam Respublikasının hava hücumundan müdafiəsi tam hazır vəziyyətdədir və ona dəyən kiçik ziyan tam şəkildə təmir edilib.”

Silahlı Qüvvələrin Baş Qərargah rəisi deyib: “İslam Respublikası Silahlı Qüvvələrinin hava hücumundan müdafiəsi tam hazırlığın zirvəsindədir. Raket istehsalı da fasiləsiz, çox yüksək miqdarda və keyfiyyətlə davam edir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .