Təxt Rəvançi İraqın Əhəd telekanalına verdiyi müsahibədə deyib: Amerika və sionist rejim İrana qarşı səhv etsələr, bunun əvəzini ağır ödəyəcəklər.
O əlavə edib: İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei Amerika ilə danışıqların ümumi çərçivəsini dəqiqləşdirib və biz bu çərçivəyə sadiqik.
Təxt Rəvançi deyib: Nüvə silahının istehsalı ilə bağlı siyasətimiz və strategiyamız çox aydındır və inqilabın ali rəhbəri bu silah növünün istehsalını haram elan edib.
İran İslam Respublikası xarici işlər nazirinin siyasi işlər üzrə müavini davam edib: Hazırda biz Avropa ölkələri ilə danışıqlar aparırıq və hər iki tərəf bu danışıqları irəlilətməyə hazırdır və bu danışıqların çərçivəsi mövcuddur və biz razılığa gələnə qədər onun əsasında hərəkət edəcəyik.
O, deyib: Biz Suriyadakı hadisələri diqqətlə izləyirik və ümid edirik ki, bu ölkədə təhlükəsizlik hökm sürəcək və ölkələr onun daxili işlərinə qarışmayacaq.
Sizin rəyiniz