23 fevral 2025 at 19:44
Jurnalist kodu: 5561
Xəbər kodu: 85760462
T T
0 Persons
Cabiri Ənsari: Şəhid Nəsrullah müasir tarixin və regionun böyük simalarından biridir

Tehran - İRNA - İRNA-nın baş direktoru şəhid Seyid Həsən Nəsrullahın müasir tarixin və regionun böyük simalarından biri olduğunu bildirərək deyib: “Nəinki Seyidin dostları, hətta şəhid Nəsrullahın düşmənləri də onun böyük şəxsiyyəti haqqında yekdil fikirdədirlər və bu, nadir hallarda baş verir.”

Hüseyn Cabiri Ənsari bazar günü “Nəsre Mandeqar” adlı xüsusi televiziya proqramında, Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyəddinin Beyrut İdman Stadionunda keçirilən vida mərasimlərinin canlı yayımında şəhid Nəsrullah və Səfiyəddin haqqında deyib: “Xoşbəxtəm ki, biz bu gün İslam ümmətinin dəryasından bir damla kimi baş verən bu böyük hadisə və tədbirdə iştirak edirik. Biz özümüzə aid olan borcumuzu yerinə yetirməyə çalışırıq.”

İRNA-nın baş direktoru deyib: “Bu gün Livan və İslam regionu tarixində müstəsna bir gündür. Sözün tam mənasında, görkəmli xüsusiyyətlərə, böyük və tarixi təsirlərə malik olan unikal bir şəxsiyyətin dəfn mərasimi keçirilir. Yaxın Şərq, Qərbi Asiya, Ərəb və İslam bölgəsi kimi tanınan bölgənin tarixini əslində Seyid Həsən Nəsrullahın Hizbullah İslam müqavimət hərəkatına rəhbərlik etməsindən əvvəlki tarixə və ondan sonrakı tarixə bölmək olar. Bu, təkcə Seyidin dostlarının deyil, həm də onun düşmənlərinin baxışıdır. Nadir haldır ki, bir insanın dostları və düşmənləri onun böyüklüyü haqqında yekdil fikirdədirlər.”

Cabiri Ənsari sonra deyib: “Şübhəsiz ki, regionumuzun çağdaş tarixində hadisələrin gedişinə böyük təsir göstərmiş, mühüm cərəyanların yaradıcısı olmuş böyük şəxsiyyətlərdən biri ilə bu bu gün Livanda vida mərasimi keçirilir. Onun qədim dostunun da cənazəsi müşayiət olunacaq. Bu gün tarixi bir gündür. Biz İRNA-da böyük İran cəmiyyətinin və İslam ümmətinin bir hissəsi olaraq bu xüsusi gündə və bu görkəmli şəxsiyyətlə bağlı ən kiçik vəzifələrimizi yerinə yetirməkdən qürur duyuruq.”

“Şəhid Nəsrullah həyatı, müqaviməti, şəhadəti, vida və dəfn mərasimi uzun illər və əsrlər boyu bölgəyə, Livana, şiələrə və İslam ümmətinə işıq saçacaq şəxsiyyətlər sırasındadır” - deyə, o, bəyan edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .