26 fevral 2025 at 15:12
Jurnalist kodu: 5564
Xəbər kodu: 85763253
T T
0 Persons
Qalibaf və Əraqçi Livanı tərk etməzdən əvvəl Şeyx Nəim Qasim ilə görüşüb - Video

Tehran - İRNA - Xəbər mənbələri İranın İslami Şura Məclisinin sədri və Xarici İşlər nazirinin Beyruta son səfəri zamanı Livan Hizbullahının baş katibi ilə görüşü ilə bağlı məlumat yayıblar.

“Əl-Mənar” xəbər agentliyi bildirib ki, bu yaxınlarda Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyəddinin dəfn mərasimində iştirak etmək üçün Livana səfər etmiş İranın İslami Şura Məclisinin sədri və Xarici İşlər naziri Məhəmməd Baqir Qalibaf və Seyid Abbas Əraqçi ölkəni tərk etməzdən əvvəl Livan Hizbullah Hərəkatının baş katibi Şeyx Nəim Qasimlə görüşüblər.

Məlumata görə, görüşdə Livanda, regionda və dünyada baş verən daxili hadisələr müzakirə olunub.Görüşdə İran İslam Respublikasının Beyrutdakı səfiri Müctəba Əmani də iştirak edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .