Əbdüləmir Rəbihavi rəvac məqsədlərini İranın Ticarətin İnkişafı Təşkilatının əsas yanaşma və vəzifələrindən biri hesab edərək əlavə edib: “Bu il sərgilərin keçirilməsi, ticarət nümayəndə heyətlərinin qəbulu və göndərilməsi daha ciddi şəkildə davam etdirildi.”
İranın Ticarətin İnkişafı Təşkilatının Qərbi Asiya Ofisinin baş direktorunun sözlərinə görə, bu il ölkəmizin ən çox pavilyonu Türkiyə, İraq, BƏƏ və Omanda baş tutan beynəlxalq sərgilərdə keçirilib, İran bu ölkələrdə yeni bazarlara sahiblənib, öz sənaye və istehsal imkanlarını nümayiş etdirə bilib.
O, Qərbi Asiya Ofisində qəbul edilən ticarət nümayəndə heyətlərinin sayının artmasına toxunaraq deyib: “Ən çox nümayəndə heyəti Türkiyə, İraq və Omandan qəbul edilib.
Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Səudiyyə Ərəbistanından da nümayəndə heyətləri qəbul edilib. Qərbi Asiya Ofisi İran Expo 1403 tədbirinə ticarət nümayəndə heyətlərinin cəlb edilməsində çox fəal idi. Artıq gələn il Expo-nun daha da uğurlu olmasını planlaşdırmağa başlayıb.”
Sizin rəyiniz