Ölkəmizin Xarici İşlər naziri Yaponiyanın Xarici İşlər nazirinə Novruz bayramı və yeni Günəş ili münasibətilə təbriklərinə görə təşəkkür edərək, Tehran və Tokio arasında çoxillik dostluq əlaqələrinin möhkəmləndirilməsini və davam etməsini vurğulayıb.
İran və Yaponiya xarici işlər nazirləri həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar, xüsusilə İranın sülhməramlı nüvə fəaliyyətləri ilə bağlı diplomatiya və diplomatik danışıqlardan istifadəni vurğulayıblar.
Telefon danışığında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, regionda sülh və sabitliyin bərqərar olması istiqamətində danışıqların və məsləhətləşmələrin davam etdirilməsi də vurğulanıb, tərəflər iki ölkənin xarici işlər nazirlərinin yüksək rütbəli müavinləri arasında görüşün və yaxın danışıqların təyin edilməsi barədə razılığa gəliblər.
Sizin rəyiniz