HƏMAS sözçüsü Əbdül Lətif əl-Qanua çərşənbə axşamı bununla bağlı deyib: “Cinayətkar işğalçı rejim ABŞ-ın qabaqcadan razılığı ilə soyqırım müharibəsini yenidən başladı, xalqımıza qarşı onlarla qətliam törətdi.”
Əl-Qanua vurğulayıb: “Sionist rejimin ABŞ hökuməti ilə əvvəlki koordinasiyası bu ölkənin xalqımıza qarşı soyqırım müharibəsində şərikliyini və sionist rejimin hərbi cinayətlərini ört-basdır etməyə çalışdığını sübut edir.”
HƏMAS sözçüsü əlavə edib: “Sionist rejimin b naziri Benyamin Netanyahu Qəzzədə atəşkəs razılaşmasını pozdu, daxili böhranını ixrac etmək və yeni danışıqlar şərtləri tətbiq etmək üçün bölgəyə qarşı müharibəni bərpa etmək qərarına gəldi.”
Sizin rəyiniz