Doktor Pezeşkiyan iki ölkə arasında müxtəlif siyasi, iqtisadi və təhlükəsizlik sahələrində birgə işçi qruplarının yaradılmasını alqışlayaraq deyib: “İran və Ərəbistan ortaq imkanlarına arxalanaraq və xarici müdaxiləyə ehtiyac olmadan regionun bir çox problemlərini həll edə bilər. Ümid edirik ki, iki ölkə arasında yaranan dostluq İslam dünyasının mənafeyini gücləndirəcək və düşmənləri müdaxilə etməkdən və parçalanma toxumu səpməkdən çəkindirəcək.”
Prezident ikitərəfli dialoqun əhəmiyyətini və onun regional sabitliyin möhkəmləndirilməsində konstruktiv rolunu qeyd etməklə yanaşı, ölkəmizin İki Müqəddəs Hərəmin xadimini və Səudiyyə Ərəbistanı Vəliəhdini qəbul etməyə hazır olduğunu bəyan edib.
Sizin rəyiniz