21 aprel 2025 at 14:45
Jurnalist kodu: 5564
Xəbər kodu: 85809945
T T
0 Persons
İranın Vatikandakı səfiri Roma Papası Fransiskin vəfatı ilə bağlı başsağlığı verib

London - İRNA - İran İslam Respublikasının Müqəddəs Taxt-tacdakı (İtaliya) fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Hüseyn Muxtari dünya katoliklərinin lideri Roma Papası Fransiskin vəfatı ilə bağlı başsağlığı verib.

Bir nüsxəsi İRNA-nın Londondakı ofisinə ölkəmizin nümayəndəsi tərəfindən təqdim edilən bu mesajda deyilir: “Papa Fransisk həmişə ruhlandırıcı şəxsiyyət, sülhməramlı, insani və mənəvi dəyərlərin müdafiəçisi olub. Onun dinlərarası dialoqu, qlobal həmrəyliyi və imkansız təbəqələrə dəstəyini təşviq etmək səyləri dünyanın yaddaşında qalacaq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .