ABŞ prezidenti Donald Tramp bazar ertəsi İranla danışıqların gedişindən məmnun olduğunu bildirib.
Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp İranla görüşlərin “çox yaxşı” keçdiyini bildirib.
Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında dolayı danışıqların birinci raundu aprelin 12-də Maskatda keçirilib.
Şənbə, aprelin 19-da Omanın vasitəçiliyi ilə Romada İran və ABŞ arasında dolayı məsləhətləşmələrin ikinci raundu keçirilib və tərəflər danışıqların davamı ilə bağlı nikbin olduqlarını bildiriblər və məsləhətləşmələrin Omanda davam etdirilməsi planlaşdırılır.
Tramp həmçinin yaxın üç gün ərzində Ukrayna sülh danışıqlarında əldə edilən irəliləyişin tam təfərrüatlarını açıqlayacağını bildirib və əlavə edib ki, bu mövzuda “çox yaxşı” görüşlər keçirilib.
Sizin rəyiniz