Sionist “Maariv” qəzeti Qəzzada İsrail ordusunun bir sıra məğlubiyyətlərinə işarə edib ki, bunlardan ən mühümü ötən ay Tel Sultan məhəlləsində baş verən və İsrail əsgərlərinin 15 mülki yardım işçisini şəhid etməsi hadisəsidir.
Qəzet hesab edir ki, bu qalmaqal əsaslı və hərtərəfli həll edilməli olan problemləri ifşa edir.
Qəzet bir neçə aspektə toxunmağın vacibliyini vurğulamışdır: birincisi, qiymətləndirmə məsələsi, ikincisi, ən aşağı səviyyədən İsrail ordusunun mətbuat katibi və Baş Qərargahına qədər həqiqəti söyləmək və üçüncüsü, peşəkar fəaliyyət.
Keçən ay İsrail ordusu Qəzzada yaşayan, əksəriyyəti günahsız mülki şəxslər, tibb işçiləri, Qızıl Aypara və BMT-nin yardım işçiləri olan 15 fələstinlini Tel Sultanda şəhid edib.
Sizin rəyiniz