Ölkəmizin Xarici İşlər nazirinin müraciətində bildirilir: “Mən Karnegi Beynəlxalq Nüvə Siyasəti Konfransında əsas çıxışı söyləməyə razılaşdığım zaman İran və Amerika Birləşmiş Ştatları ekspertlər səviyyəsində çərşənbə günü və yüksək səviyyədə şənbə günü başlayacaq danışıqların növbəti raundunun tarixini hələ müəyyən etməmişdilər. Hazırlanmış çıxışımda vurğuladığım kimi, İranın ictimaiyyət qarşısında danışıqlar aparmaq niyyəti yoxdur. Öz çıxışımda onu da açıqladım ki, bəzi “xüsusi maraq qrupları” danışıqları aparanları nüfuzdan salmaqla və ABŞ hökumətini maksimum tələblər irəli sürməyə sövq etməklə diplomatik prosesi manipulyasiya etməyə və pozmağa çalışır.”
Əraqçi vurğulayıb: “Mən jurnalistlərin çətin suallarını və ya sadə vətəndaşları narahat edən suallara cavab verməyə öyrəşmişəm, lakin çıxışı açıq sual-cavab sessiyasına çevirmək və ya ictimai müzakirəyə çevirmək mənim qəbul etmək istəmədiyim bir şeydir, yaxud danışıqların təfərrüatlarını və hara getdiyini axtaran auditoriya üçün narahatçılıq yaradır. Təəssüf edirəm ki, dəvət edənlər bu həssas dinamikadan nə xəbərdar idilər, nə də bu məsələyə diqqətli idilər.”
Xarici İşlər nazirinin çıxışının mətnində deyilir: “Bu toplantının məqsədi nüvə silahlarının yayılmaması səylərinin gələcəyini müzakirə etmək olduğundan, əminəm ki, məsul siyasətçilər yaxşı başa düşürlər ki, dialoqdan uzaqlaşmaq və münaqişəyə doğru getmək qlobal silahların yayılmaması rejiminin qorunmasına kömək etməkdən daha çox onu pozmağa kömək edəcək. Onu da vurğulamaq istərdim ki, mənim açıq şəkildə danışıqlara girmək fikrim yoxdur. Mənim diqqətim İranın düşüncə tərzini və ölkəmin nail olmaq istədiyi məqsədləri izah etməyə yönəlib. 1960-cı illərdə NPT-nin qurucu üzvlərindən biri kimi İran həmişə dinc nüvə texnologiyasına universal çıxış və nüvə silahından imtina prinsiplərinə sadiq qalıb. Biz yer üzündə yeganə ölkəyik ki, əxlaqi və dini səbəblərə görə nüvə silahına qarşı olduğumuzu rəsmən elan etmişik və bu müxalifət İslam İnqilabının Ali Rəhbərinin bu cür silahların haram olmasına aid fətvasında bəyan olunub. İran həm də uzun müddətdir ki, Yaxın Şərqdə nüvə silahından azad zona (və bu yaxınlarda isə kütləvi qırğın silahlarından azad zona) yaradılmasının sadiq müdafiəçisi olub.”
“İsrailin nüvə arsenalına göz yummaqla və onun NPT-yə qoşulmaqdan və ya MAQATE-nin monitorinqini qəbul etməkdən imtina etməsinə məhəl qoymayan Qərb ölkələri öz ikili standartları ilə qlobal nüvə silahlarının yayılmaması rejimini sarsıtdılar” - deyə, Əraqçi əlavə edib.
Mətnin davamında qeyd olunur: “Təəssüf ki, bizim dinc nüvə proqramımız yanlış təsəvvürlər və siyasi motivli rəvayətlər səbəbindən səhv başa düşüldü və təhrif edildi. Bu cür rəvayətlər yanlış siyasətlərin formalaşmasına və mənalı diplomatiya imkanlarının itirilməsinə səbəb olub.”
Bu mətnin sonunda deyilir: “İranın sivilizasiya keçmişinə və qədim tariximizin yaratdığı mədəni və siyasi kimliyinə hörmət də eyni dərəcədə vacibdir. Qürurlu İran xalqına qarşı təhdid və təzyiqlərdən istifadə illərdir öz səmərəsizliyini göstərib və barışıq yolunu açmır, əksinə onu bağlayır. Qarşılıqlı hörmətə və bərabər mövqeyə əsaslanan konstruktiv qarşılıqlı fəaliyyət etimadın qurulmasında və dialoqun inkişafında daha effektiv olacaqdır.”
Sizin rəyiniz