23 aprel 2025 at 09:33
Jurnalist kodu: 5564
Xəbər kodu: 85811703
T T
0 Persons
İranın xarici işlər naziri Çin Baş nazirinin birinci müavini ilə görüşüb

Tehran - İRNA - Çinli həmkarının rəsmi dəvəti ilə Pekinə səfər edən İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün səhər saatlarında Çin Xalq Partiyasının Siyasi Bürosunun Daimi Komitəsinin üzvü və bu ölkənin Baş nazirinin birinci müavini cənab Dinq Syuesyanq ilə Böyük Millət Məclisində görüşüb və danışıqlar aparıb.

Bu görüşdə tərəflər iki xalq arasında dostluq əlaqələrinin uzun tarixinə toxunaraq, İran-Çin hərtərəfli strateji tərəfdaşlıq sazişi çərçivəsində əməkdaşlığın son vəziyyətini nəzərdən keçirib və 25 illik hərtərəfli əməkdaşlıq planının həyata keçirilməsinin sürətləndirilməsi yolları barədə fikir mübadiləsi aparıblar.

Ölkəmizin xarici işlər naziri Çinin İran İslam Respublikasının strateji və etibarlı tərəfdaşı kimi mövqeyinə toxunaraq, ikitərəfli və çoxtərəfli səviyyədə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS qrupu çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Əraqçi İran İslam Respublikasının Asiyaya baxış siyasətini və regional və beynəlxalq hadisələri izah edərək, İran və Çin də daxil olmaqla həmfikir ölkələr arasında daha sıx qarşılıqlı əlaqəni zorakılıq və təktərəflilik ilə mübarizə üçün vacib hesab edib və İranın Çinlə əlaqələri hərtərəfli genişləndirməkdə qəti qərarlı olduğunu vurğulayıb.

Cənab Dinq Syuesyanq İran və Çin arasında bütün sahələrdə əlaqələrin hərtərəfli genişlənməsindən məmnunluğunu ifadə edərək, iki ölkə arasındakı strateji tərəfdaşlığı qarşılıqlı etimad və hörmətin məhsulu və iki xalqın ümumi mənafelərinə əsaslanandığını hesab edib və Çin rəhbərliyinin İranla qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələri və əməkdaşlığı daha da artırmaq məqsədi olduğunu vurğulayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .