Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Sərii bildirib ki, ölkənin raket qüvvələri unikal hərbi əməliyyat keçirib və hipersəs ballistik raketi ilə Hayfa şəhərində sionist düşmən üçün həyati əhəmiyyətli hədəfə zərbə endirib.
O, əməliyyatın uğurla keçdiyini və düşmənin müdafiə sistemlərinin raketin qarşısını almaq iqtidarında olmadığını qeyd edib.
Sərii əlavə edib ki, bu raketin atılması sionistlər arasında qorxuya səbəb olub və 2 milyondan çox sionist sığınacaqlara qaçıb.
Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi qeyd edib ki, ölkənin pilotsuz təyyarələri həmçinin hərbi əməliyyatda “Yaffa” pilotsuz uçan aparatı ilə işğal altındakı Yaffa şəhərində (Təl-Əviv) həyati əhəmiyyətli hədəfə zərbə endirib.
Sizin rəyiniz