18 may 2025 at 17:01
Jurnalist kodu: 5564
Xəbər kodu: 85836686
T T
0 Persons

Trampın Colaniyə məftun olması dövrün komediyalarından biridir

18 may 2025 at 17:01
Xəbər kodu: 85836686
Trampın Colaniyə məftun olması dövrün komediyalarından biridir

Tehran - İRNA - Ali Məqamlı Rəhbərin müşaviri deyib: "Bu söhbət və Trampın Colaniyə məftunluğu dövrün komediyalarından biridir. Amerikalıların sözləri və davranışları Marksın tarixin iki dəfə təkrarlanması barədə sözlərini xatırladır: bir dəfə faciə, ikinci dəfə isə komediya kimi."

Əli Laricani, bu gün, bazar günü, 18 may “Müqavimət diplomatiyası və xidmət şəhidlərinin xatirəsi” adlı beynəlxalq konfransda inqilabi diplomatiyanı izah və təqdir edərək deyib: "İnqilabçı və müqavimət diplomatiyası olan bir cəmiyyətə məzlumlar həmişə hörmət edir və güvənir. Təbii ki, müstəmləkəçilər bundan qorxur, onların qorxusu İmamın (r) İslam İnqilabı mədəniyyətində canlandırdığı ilkin mübarizə elementindəndir."

Laricani Trampın regiona son səfəri zamanı səsləndirdiyi ritorikaya cavab olaraq deyib: "Həmişə Amerikaya dəstək verən, hətta ona əmr edən İsrail istisna olmaqla, bu bölgənin mücahid kişilərinin müqavimətinə qarşı mövcud vəziyyət və yanlışlıqlar budur, müsəlmanların və Livan xalqının izzət amalıni ədəbsiz sözlərlə talan edirlər."

Məqsədəuyğunluğu Müəyyən edən Şuranın üzvü vurğulayıb: "Xüsusən də ötən əsrdə xalqların talan edilməsinin simvolu olan Amerikanın bu açıqlaması nalı tərsə vurmaqdan başqa bir şey deyil. Soyğunçu, bölgə ölkələrinə təzyiq edirək, fələstinliləri Qəzzədən ora köçürmək istəyən birisidir ki, beləliklə, Amerika qürurla Qəzzəni alıb, öz təxəyyülü ilə azad zonaya çevirsin. Bu sözlər və Trampın Colaniyə məftun olması dövrün komediyalarının bir hissəsidir; amerikalıların sözləri və davranışları Marksın sözlərini xatirladır: tarix iki dəfə təkrar olur: bir dəfə faciə, ikinci dəfə isə komediya kimi."

0 Persons

Sizin rəyiniz

You are replying to: .